Haqqımızda

Oktyabrın 6-da Gəncədə əsaslı təmir-tikinti və yenidənqurmadan sonra 2 nömrəli peşə liseyinin açılışı olub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, ali və orta təhsil müəssisələrinin rəhbərləri, liseyin müəllim-tələbə heyəti, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan 2 nömrəli peşə liseyinin direktoru Şahin Məhərrəmov əsaslı şəkildə yenidən qurulan təhsil müəssisəndə yaradılan şəraitə görə kollektiv adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Təhsil müəssisəsinin tarixi, fəaliyyət istiqamətləri haqqında məlumat verən liseyin direktoru bildirib ki, orta ixtisas təhsili müəssisəsi 1963-cü ildən fəaliyyətə başlayıb. Bu günə qədər liseyi təxminən 16 min 500-ə yaxın şagird bitirib. Hazırda həmin kadrların böyük əksəriyyəti ölkənin müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışırlar.

Buna baxmayaraq, 1977-ci ildə istifadəyə verilən liseydə bu vaxta qədər təmir işləri aparılmayıb. Qısa müddətdə təmirinə başlanılan təhsil müəssisəsində əsaslı şəkildə yenidənqurma işləri aparılıb. Təmir işləri zamanı peşə liseyinin ümumi görünüşü ilə yanaşı, korpuslar da müasir tələblər səviyyəsində qurulub. Burada yeni kitabxana, müxtəlif emalatxanalar, fənn kabinetləri, iclas zalı, yeməkxana yaradılıb.

Qeyd olunub ki, hazırda liseydə telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator, kimyəvi analiz laborantı, mexaniki yığma işləri üzrə çilingər, elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri, geniş profilli dəzgahçı, elektrik-qaynaqçısı, təmirçi-çilingər, avtomobil üzrə elektrik, quru inşaat və suvaq işləri ustası peşələri üzrə kadrlar hazırlanır. Bu peşələr üzrə liseydə təhsil alan 373 şagirdə 17 istehsalat təlimi ustası, 20 nəfər pedaqoji və yardımçı heyət xidmət edir.

Tədbirdə çıxış edən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, ölkədə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılır, ciddi islahatlar həyata keçirilir. Hazırda ölkədə qeyri-neft sektorunun inkişafı ayrı-ayrı sahələrdə ixtisaslı kadrlara ciddi ehtiyac yaradır. Bu peşə liseyində yaradılan şərait imkan verir ki, həm burada təhsil alan şagirdlər peşəkar kadrlar kimi yetişsinlər, həm də təhsil müəssisəsində gələcəkdə daha yeni ixtisaslar üzrə kadr peşə hazırlığı həyata keçirilsin.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev liseydə yaradılan şəraitin gələcəkdə kadrların bilik və bacarıqlarının daha da yüksəlməsinə təsir göstərəcəyini qeyd edib. Elmar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də təhsilin inkişafında ciddi nailiyyətlər əldə olunub. Son illərdə şəhərdə bir çox məktəblər, kolleclər, peşə liseyləri, eləcə də ali təhsil müəssisələri əsaslı şəkildə təmir edilib. Bir sıra məktəblərdə şagird sıxlığının qarşısını almaq üçün əlavə korpuslar inşa olunub. Müasir tələblər səviyyəsində qurulan təhsil müəssisələri zəruri avadanlıqlarla, maddi-texniki baza ilə təmin edilib.

Tədbirdə çıxış edən liseyin şagirdləri onlara göstərilən etimadı yüksək savad, bilik və bacarıqları ilə doğruldacaqlarına, həmçinin respublikanın gələcək inkişafına töhfə verəcəklərinə söz veriblər.

Sonra mərasim iştirakçıları liseyin fənn kabinetlərinə, emalatxanalara baxıb, təhsil prosesi və yaradılan şəraitlə tanış olublar.

Sonda liseyin yenidən qurulmasında əməyi olan iki nəfərə Gəncə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.

Məqalənin mənbəsi


2№-li Gəncə Peşə Liseyinin fəaliyyəti barədə MƏLUMAT

2 № -li Gəncə Peşə Liseyi 1963-cü ildən fəaliyyət göstərir.

Liseydə 55 nəfər işçi çalışır. Onlardan -35 nəfəri mühəndis- pedoqoji işçidir

Liseydə aşağıdakı 10 ixtisas üzrə 346 nəfər şagird təhsil alır. Onlardan 25 nəfəri ödənişli əsaslarla təhsil alanlardır.

  1. Telekommunikasiyada komputer texnikasının istismarı üzrə operator
  2. Kimyavi analiz laborantı
  3. Geniş profilli dəzgahçı
  4. Mexaniki yığma işləri üzrə çilingər
  5. Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri. elektrik qaz- qaynaqçısı
  6. Təmirçi, çilingər qaynaqçı
  7. Elektrik maşınlarının təmiri üzrə çilingər
  8. Təmirçi , çilingər
  9. Avtomobillərin təmiri üzrə çilingər
  10. Komputer operatoru ( ödənişli əsaslarla)

Ümummilli lider H.Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilmiş inşa yazı müsabiqəsində liseyin şagirdi Obidova Vahidə Zahidcan qızı Respublika müsabiqəsində IV yer tutmuş, Gülüstan sarayında keçirilən tədbirdə Təhsil Naziri cənab M.Mərdanov tərəfindən fəxri fərmanla və inşa yazı işi H.Əliyev məktəblilərin gözü ilə kitabına daxil edilmiş, hədiyyə ilə mükafatlandırılmışdır.

İfa müsabiqəsinin şəhər mərhələsində şer naminasiyası üzrə müsabiqədə liseyin “ Kimyavi analiz laborantı “ixtisası üzrə 363 saylı qrupun şagirdi Həsənova Güntəkin Famil qızı I yer, çalğı alətləri ifa nominasiyası üzrə “ Mexaniki yığma işləri üzrə çilingər” ixtisası üzrə 364 saylı qrupun şagirdi Məmmədov Cabbar Qurbanəli oğlu (qarmon) I yer tutmuş, Respublika müsabiqəsində isə G.F.Həsənova III yer və C.Q.Məmmədov II yer tutaraq Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə qiymətləndirilmişlər.

1 nəfər şagird təhsilini davam etdirmək üçün Gəncə Dövlət Aqrar Universitetinə daxil olmuşdur.- Məmmədov Xəlil Zahid oğlu.

Ümumilli lider Heydər Əliyevin təşəbbüskarı olduğu İslahat proqramının həyata keçirilməsi prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.Dövlət başçısının təhsilin müxtəlif sahə və pillələrinin inkiışafı ilə əlaqədar onlarla proqramın həyata keçirilməsinə başlanılmışdır.

Müstəqil Respublikamızda güclü sənaye potensialının hərəkətə gətirilib inkşaf etdirilməsində  mühəndislər, texniklərlə yanaşı ixtisaslı fəhlə kadrlarının da rolu inkar edilməzdir. İqtisadiyyatın, sənayenin, turizmin inkşafı, istehsal vasitələrinin  istismarı istehsal edilən məhsulun  keyfiyyəti və s  ixtisaslı fəhlə kadrları amili ilə bilavasitə bağlıdır.

Gənc dost! Sən, artıq həyatında növbəti seçim qarşısındasan.Əgər bu seçimini doğru edəcəksənsə, bu sənin uğur yolunu təyin edəcək. Liseyimizdə tədris olunan peşə ixtisasları sənə bu yolda kömək edəcək!

2№-li PL-nin direktoru: Məhərrəmov Ş.İ.

Qan yaddaşımız

1918-ci il 31 mart
Azərbaycanlıların Soyqırımı
1988-ci il 28-29 fevral
Sumqayıt hadisələri
1992-ci il 25-26 fevral
Xocalı soyqırımı
1992-ci il 8 may
Şuşanın işğalı
1992-ci il 17 may
Laçının işğalı
1993-cü il 3 aprel
Kəlbəcərin işğalı
1993-cü il 23 iyul
Ağdamın işğalı
1993-cü il 25 avqust
Füzuli və Cəbrayıl
rayonlarının işğalı
1993-cü il 31 avqust
Qubadlının işğalı
1993-cü il 27 oktyabr
Zəngilanın işğalı

Keçidlər

 
 
 
 
 
 

Ziyarətçilər