Hesabat

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinə

Gəncə şəhər 2 №-li Peşə Liseyi rəhbərliyinin 04.04.2012-ci il tarixdən 30.04.2013-cü il tarixə kimi görülmüş işlər barədə Liseyin direktoru Şahin Məhərrəmovun HESABATI

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının sürətli inkişafının dinamikliyi, milli iqtisadiyyatın sürətli inkişafi əmək bazasında bilikli , bacarıqlı kadrlara tələbatı artırır. Bu da İlk Peşə — İxtisası təhsili müəssisələrində hazırlanan kadrlardan yüksək peşəkarlıq səviyyəsi və bacarıq tələb edir.

Azərbaycan Respublikasının prezidenti cənab möhtərəm İlham Əliyev “ Texniki peşə məktəbləri həmişə ölkəmizin inkişafı üçün lazımdır, həm də insanlar bundan böyük fayda görəcəklər” deyərək texniki peşə təhsilinə yüksək qiymət verib , onun ölkənin inkişafında rolunu qeyd etmişdir.

Reqionların sosial iqtisadi inkişafı üzrə Dövlət proqramına ( 2009-2013-cü illər) və Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin inkişafı üzrə Dövlət proqramına ( 2007-2012-ci illər) uyğun olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının texniki peşə təhsilinə olan diqqət və qayğısının nəticəsidir ki, liseydə Avropa standartlarına cavab veərən yüksək səviyyədə əsaslı təmir işləri aparılır.

Texniki peşə təhsilinə olan diqqət və qayğısının nəticəsidir ki,cəmiyyətdə peşə təhsilinə marağı artırmış, bu sahəyə olan yanlış baxışları kökündən dəyişmişdir. Peşə məktəblərinə müraciət edənlərin sayı coxalmışdır.

2№-li Gəncə peşə liseyi 01 sentyabar 1963-cü ildə Gəncə Alüminium Zavodunun( indiki Gəncə” Gil- Torpaq” istehsalat sahəsinin) bazası əsasında yaradılmışdır.

Ərazisi 2,5 hektar olub Lisey layihə əsasında tikilmiş kompleksdən ibarət olub 01. 09.19977-ci ildən hazırki binada fəaliyyət göstərir.

Eyni zamanda liseydə 1993-cü ildən 2-ci növbədə Kəlbəcər rayon 11 saylı tam məktəb fəaliyyət göstərir.

Kompleks – 3 korpusdan ; 4 mərtəbəli tədris binasından , 2 mərtəbəli emalatxana binasından , 2 mərtəbəli məişət binasından( idman zalından, 300 nəfərlik akt zalından yeməkxanadan və s) ibarətdir. Lisey 450 nəfər şagird yerlik olub , 10 ixtisas üzrə 343 nəfər şagird təhsil alır. Onlardan 22-si ödənişli əsaslarla, 321 nəfəri isə Dövlət hesabına təhsil alırlar .

Liseydə 17 fənn kabineti fəaliyyət göstərir. Onlardan 4 –ü fənn ixtisas kabineti, 12-si ümumtəhsil fənn kabineti və 12 dəst komputerlə təchiz edilmiş komputer otağıdır.

İki laboratoriya fəaliyyət göstərir.

  1. Kimyavi analiz laboratoriyası,
  2. Elektrotexnika – fizika laboratoriyası

Liseydə 5 tədris – istehsalat emalatxanası vardır.

  1. 2 təmirçi, çilingər emalatxanası
  2. Tornaçı emalatxanası
  3. Elektrik qaynaqçısı emalatxanası
  4. Elektrik emalatxanası,

Emalatxanalarda şagird yerlərinin sayı 120 nəfərdir. Şagirdləri istehsalat təlimi keçmələri üçün 9 istehsalat təlimi ustası çalışır onlardan 4-ü ali təhsilli, 5-i isə orta texniki təhsillidir. 5-i 15-20 ildən coxdur bu sahədə çalışır.

Altı ixtisas üzrə — “ Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri, elektrik qaz qaynaqçısı , Təmirçi, çilingər , qaynaqçı, Kimyavi analiz laborantı, Təmirçi, çilingər, Telekommunikasiyada komputer texnikasının istismarı üzrə operator , Geniş profilli dəzgahçı ixtisasları üzrə istehsalat təlimi ustalarına ehtiyac vardır . Vakant yerlər barədə Təhsil Nazirkiyinə, Gəncə İcra Hakimiyyətinə, Gəncə Məşğulluq Mərkəzinə mütəmadi olaraq məlumat verilibdir.

Tədris istehsalat emalatxanaları lazımi dəzgah, avadanlıq. Tərtibat və cihazlatla təchiz edilmişdir. ( 5 ədəd torna yuva acma dəzgahı, 5 ədəd şaguliburğu dəzgahı. 3 ədəd şaguli frez dəzgahı. 1 ədəd üfiqi frez dəzgahı. 1 ədəd üst yonuş dəzfahı. 2 ədəd 2 tərəfli itiləmə dəzgahı, 55 ədəd çilingər dəzgahı və məngənəsi, 7 ədəd qaynaq tarnsformatoru və s. ) Həmin avadanlıqların istismar müddəti 30-50 ildən artıqdır. İstismar olunsada fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Müasir dövrün tələblərinə cavab vermir.

Tornaçı emalatxanası :- 5 ədəd 1K62, 1A62, 1624M, 1A16 markalı torna – yivkəsən dəzgahları, 3 ədəd -6P10, 6P11, şaquli frez dəzgahları, 1 ədəd :Q 82 modelli üfiqi frez dəzgahı, 1ədəd 7M36 modelli uzunun duzyonuş dəzgahı, 1 ədəd 2 tərəfli, itiləmə dəzgahı və 1 ədəd 2118 modelli birşrindelli , pilləliqasnaqlı, şaquli, burğu dəzgahı ilə təçhiz edilmişdir.

Təmirçi, çilingər emalatxanası : 55 ədəd çilingər məngənəsi və çilingər dəzgahı. 4 ədəd 2118 modelli bir şrindelli . pilləli qasnaqlı şaguli burğu dəzgahı, 1 ədəd 2 tərəfli itiləmə dəzgahı, 2 ədəd ölçmə pilitəsi. vəs avadanlıqlarla təchiz edilmişdir.

Qaynaqçı emalatxanası: — 5 ədəd TS- 300 qaynaq transformatoru, 2 ədəd TDFJ-1002UZ , UPS-301UXL; cox postluqaynaq transformatoru, sorucu ventilyasiya qurğusu və 12 ədəd qaynaq kabinəlğri ilə təchiz edilmişdir.

Elekrtik emalatxanası:- müxtəlif elektrik maşın və chasları ilə təchiz olunsa da müasir standatrlara cavab vermədiyindən , müasir avadanlıq və cihazlara ciddi ehtiyac duyulur.

Kimyəvi analiz laboratoriyasında olan avadanlıqlar köhnə olsada istifadə olunur. Kimyəvi maddələrin saxlanma müddətləri coxdan başa catdığından istifadəsi mümkün deyildir.

Elektrotexnika- fizika laboratoriyası 12 ədəd laboratoriya stolları qorunub saxlanmış və istifadə edilir.

Liseydə 60 m2 sahəsi olan kitabxana fəaliyyət göstərir. Kitabxana fondu 6172 ədəddir. Onlardan 1034 ədədi latın qrfikası ilə cap olunmuş, müasir dərsliklərdən 600 ədədi isə latın qrfikası ilə cap olunmuş, bədii ədəbi ədəbiyyatlar , kimya,riyaziyyat fənlərinə aid uşaq ensklopediyası, təmirçi çilingər qaynaqçı elektrik texniki ölçmələrə olan texniki ədəbiyyatla və qalanları isə kiril əlifbası ilə cap olunmuş bədii. Texniki və digər kitablardır. Ltın qrafikası ilə cap olunmuşixtisas fənləri üzrə dərsliklərə ciddi ehtiyac duyulur.

2012-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pulsuz 70 ədəd texniki-ədəbiyyat( elektrotexnika-20 ədəd, elektrik ölçü cihazları- 15 ədəd, avtomobil çilingəri- 20 ədəd, certyojun oxunması – 15 ədəd) və 7 ədəd Azrəbaycan dilinin orfoqrafiya lügəti alınaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.

Lisey Gəncə “ Gil- Torpaq” istehsalat sahəsi, “ Gəncə Avtomobil Zavodu”, “ Gəncə Cihazqayırma Zavodu”, Gəncə”Telekommunikasiya İdarəsi, və başqa sahələr üzrə mütəxəsislər üçün aşağıdakı ixtisaslar üzrə bağlanmışmüqavilələr əsasında ixtisaslı kadrlar hazırlayır.

Ümumi orta təhsil bazasından təhsil müddəti 3 illik qruplara:

  1. Elektrik maşınlarının təmiriüzrə elektrik çilingəri, elektrik qaz qaynaqçısı
  2. Kimya sənayesinin geniş profilli aparatcısı
  3. Mexaniki yığma işləri üzrə çilingər,
  4. Geniş profilli dəzgahçı
  5. Təmirçi, çilingər , qaynaqcı
  6. Kimyəvi analiz laborantı
  7. Telkommunikasiyada komputer texnikasının istismarı üzrə operator

Ümumi orta təhsil bazından tam orta təhsil verməyən təhsil müddəti 2 illik qruplara:

  1. Təmirçi, çlingər qaynaqç

Ümumi orta təhsil bazasından təhsil müddəti 1 illlik qruplara:

  1. Avtomobillərin təmiri üzrə çilingər
  2. Ödənişli əsaslarla :-Komputer operatoru, Telekommunikasiyada komputer texnikasının istismarı üzrə operator

2011/2012-ci tədris ilində 3 illik təhsil qrupları üzrə aparılmış mərkəzləşmiş buraxılş imtahanlarına 73 nəfər şagird buraxılmış, onlardan 34 nəfəri imtahanlardan müvafiq qiymət alaraq tam orta təhsil haqqında attestat almış, bu da 48,5% təşkil etmişdir..

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-13-1290/16 saylı, 02.03.2012-ci il tarixli məktubuna uyğun olaraq 18 yaşı aprel ayının 30- na qədər tamam olan vəAzərbaycan Respublikası Hərbi Komissarlığının çagırışçılarından olan 37 nəfər şagird, 25.04.2010-ci il tarixdən 27.04.2012-ci il tarixə kimi vaxtından qabaq Dövlət buraxılış ixtisas imtahanını verərək hərbi xidmətə göndərilmişdir.

19.06.2012-ci il tarixdən 22.06.2012-ci il tarixə kimi vaxtında aparılan Dövlət buraxılış ixtisas imtahanlarına 6 qrup üzrə 55 şagird imtahanlara buraxılmışlar. İmtahana buraxılan şagirdlərin hamısı imtahanları müvəffəqiyətlə verərək ixtisaslarına uyğun dərəcə və diplom almışlar .

Liseyi bitirən 92 nəfər məzundan 40 nəfəri hərbi xidmətə getmiş, 51 nəfəri isə şəhərimizin müxtəlif müəssisələrinə işə göndərilmişlər və 1 nəfər isə ali məktəbə daxil olmuşdur.

Ümummilli lider H.Əliyevin anadan olmasının 89-ci ildönümü münasibətilə keçirilmiş inşa yazı müsabiqəsində liseyin şagirdi Obidova Vahidə Zahidcan qızı Respublika müsabiqəsində IV yer tutmuş, Gülüstan sarayında keçirilən tədbirdə Təhsil Naziri cənab M.Mərdanov tərəfindən fəxri fərmanla və inşa yazı işi H.Əliyev məktəblilərin gözü ilə kitabına daxil edilmiş, hədiyyə ilə mükafatlandırılmışdır.

İfa müsabiqəsinin şəhər mərhələsində şer naminasiyası üzrə müsabiqədə liseyin “ Kimyavi analiz laborantı “ixtisası üzrə 363 saylı qrupun şagirdi Həsənova Güntəkin Famil qızı I yer, çalğı alətləri ifa nominasiyası üzrə “ Mexaniki yığma işləri üzrə çilingər” ixtisası üzrə 364 saylı qrupun şagirdi Məmmədov Cabbar Qurbanəli oğlu (qarmon) I yer tutmuş, Respublika müsabiqəsində isə G.F.Həsənova III yer və C.Q.Məmmədov II yer tutaraq Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə qiymətləndirilmişlər.

2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirinin 46-13-1142/16№, 14.03.2013-cü il tarixli məktubuna əsasən 2013-cü ildə tam bitirən 18 yaşı aprel ayının 30-na qədər tamam olan şagirdlərlə 22-25.04 2013-cü il tarixlərdə vaxtından qabaq dövlət buraxılış –ixtisas imtahanlarıkeçirilmişdir. İmtahanlara 5 qrup üzrə 66 nəfər imtahana buraxılmış, imtahanlarda müvəffəq qiymət və ixtisaslarına uyğun dərəcə olaraq liseyi bitirib hərbi xidmətə getmişlər.

İşlə təmin olunanlardan:- 14 nəfəri “ Gəncə Cihazqayırma zavodu” ASC-nə, 11 nəfəri “ Murad Abid” MMC-yə, 5 nəfəri “ Nazim və oğulları” MMC-yə, 19 nəfəri “Azər Avtonəqliyyat “ASC- nə, 1 nəfəri “ Karvansaray turay” MMC-yə, 1 nəfəri isə 19 saylı tam orta məktəbdə işlə təmin olunmuşdur. 1 nəfər şagird təhsilini davam etdirmək üçün Gəncə Dövlət Aqrar Universitetinə daxil olmuşdur.- Məmmədov Xəlil Zahid oğlu.

III kurs buraxılış qrupların şagirdləri buraxılış qabağı istehsalat təcrübəsini 3 illik təhsil qrupları üzrə 18.02.2012-ci il tarixdən 31.05.2012-ci il tarixə kimi Gəncə Cihazayırma zavodu”ASC-də, 1 illik təhsil qrupları üzrə isə 17.04.2012-ci il tarixdən 16.06.2012-ci il tarixə kimi 8 həftə “ Azər Avtonəqliyyat “ASC- də təşkil edilərək keçmişlər.

İstehsalat təcrübəsinin keçirilməsi üçün müəssisələrlə müqavilə bağlanmış və müəssisə daxili əmr verilmişdir.

2010/2011-ci tədris ilində və ondan əvvəlki ildə mərkəzləşmiş buraxılış test imtahanlarından bir və ya bir neçə fəndən qeyri kafi qiymət alan şagirdlərlə təkrar 2012-ci il də aparılan mərkəzləşmiş test buraxılış imtahanlarında iştirak edən 21 nəfərdən, 18 nəfəri imtahanları müvəffəqiyətlə verərək tam orta təhsil haqqında attestat almışlar.

Məzunların əksəriyyətinin diplomu tam orta təhsil haqqında attestatı, diploma əlavələri verilmişdir. Peşə təhsili üzrə hüquq normativ sənədlər məcmuəsinin , təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında təlimatın 4-cü bəndinə , Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02.06.2010-cu il tarixli 722 saylı əmrinə əsasən onların surətləri çıxarılmış, təsdiq olunaraq məzunların şəxsi işlərində saxlanmışdır.

2012/2013-cü tədris ilində Gəncə”Avtomobil zavodu, və Gəncə “ Telekom -munikasiya idarəsi ilə baçlanmış müqavilə əsasında Liseyə dövlət büdcəsi hesabına 140 nəfər, ödənişli əsaslarla 40 nəfər olmaqla 180 nəfər planlaşdırılmışdır.

Ümumi orta təhsil bazasında təhsil müddəti 3 il olan qruplara 120 nəfər, ümumi orta tam təhsil bazsında n təhsil müddəti 1 il olan qruplara 45 nəfər olmaqla ( 25 nəfəri ödənişli əsaslarla) 165 nəfər qəbul edilmişdir.

Ölkə prezidenti cənab İlham Əliyevin Texniki peşə təhsilinə ayırdiği diqqət və qayğının nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq son iki ildəmüraciət edənlərin sayı çox olmuşdur. 2011/2012-ci tədris ilində 120 nəfər şagirdə qarşı 173 nəfər şagird, 2012/2013-cü tədris ilindəisə dövlət büdcəsi hesabına 140 nəfər şagirdə qarşı 181 nəfərşagird olmuşdur.

Şagirdlərin Liseyə qəbuluyeni qəbul qaydalarına (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1002№-li 13.08.2009-cu il tarixli əmri) uyğun olaraq Ana dili, ədəbiyyat və riyaziyyat bilikləri yazılı şəkildə yoxlanılıb , müsabiqə yolu ilə qəbul edilmişdir.

2013-cü ilin fevral ayında 11.02.-17.02.2013-cü il tarixlərdə buraxılış qrup şagirdləri ilə tədris planına uygun olaraq texniki peşə fənləri üzrə nəzəri təlim fənlərindən buraxılış imtahanları keçirildi.İmtahanıarın keçirilməsi ilə baglı imtahan biletləri hazırlanıb , metodkomissiyada baxılıb, müzakirə edildikdən sonra hazırlanıb təsdiq edilmişdir.

İmtahan hazırlığın və şagirdlərin imtahana buraxılması pedoqoji Şura tərəfindən müzakirə edilmişdir.

İmtahana 3 illik təhsil qrupları üzrə 88 nəfər. 2 illik təhsil qrupu üzrə 20 nəfər, 1 illik təhsil qrupları üzrə 41 nəfər (22-si ödənişli əsaslarla) olmaqla 149 nəfər imtahana buraxılmış və hamısı müvəffəqiyyətlə imtahan vermişdir.

3 illik və 2 illik təhsil qrupları 18.02.2013-cü il tarixdən 31.05.2013-cü il tarixə kim 13 həftəlik, istehsalat təcrübəsini bağlanmış müqaviləyə uyğun olaraq ixtisaslarına görə Gəncə “ Cihazqayırma zavodu “ və Gəncə “ Telekommunikasiya idarəsinin 55 №-li ATS-də keçirlər.

Şagirdlərin istehsalat təcrübələrini keçmələri üçün müəssisə daxili əmr verilmiş, iş yerləri müəyyənləşdirilmişdir.

İstehsalat təcrübəsinin gedişatında şagirdlər təcrübənin gündəliyini yazır və müəssisə tərəfindən verilən tapşırıqları yerinə yetirirlər.

17 Mart 2013-cü il tarixdə TQDK-ı tərəfindən aparılmış ümumtəhsil fənlərindən buraxılış imtahanlarına 5 qrup üzrə 88 nəfər imtahana buraxılmışdır.1 nəfər imtathana gecikdiyi üçün imtahana buraxılmamışlar. Qalan 87 nəfərdən 58 –i müvəffəq qiymət almışdır. Bu da 66,7 % təşkil edir. Əvvəlki illə müqayisədə 18, 1 % irəliləyiş olmuşdur.

Riyazıyyat fənnindən 7 nəfər, Anadili fənnindən 13 nəfə və hər iki fəndən 9 nəfər qeyri müvəffəq qiymət almışdır. 29 nəfər şagird tam orta təhsil haqqında attestat ala bilmədi. Bu da əsas verir deyək ki, ümumtəhsil fənlərinin tədrisinin vəziyyəti aşağı səviyyədə olması deməkdir.

2012-ci ildə mərkəzləşdirilmiş imtahanlarının nəticəsi 48,5 % olmuşdur.

Liseydə daxili nəzarət “ Təhsil haqqında “ Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi normativ sənədlərinin əmr, fərmanla, sərəncam və qanunların tələbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.09.2009-cu il tarixli 250 №-li əmri ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Liseyin 4 mərtəbəli tədris binasında əsaslı təmir işləri başa çatmaqdadır, yerdə tamamlama işləri qalır.

Daxili nəzarətdə İKT texnologiyalarında istifadə ediləcək , 24 №-li mini ATS yaradılacaq , avtomat telefon xəttləri , nəzarət kameraları üçün xəttlər quraşdırılıb ki, bu da nəzarətin nizamlı həyata keçirilməsinə kömək edəcək İKT texnologiyaları vasitəsilə tədrisin gedişi foye, foye , dəhlizlərdə və liseyin həyətində müəllim, usta və şagirdlərin davranışını manitor vasitəsi lə izlənilib, buraxılan səhvlərə qarşı təcili tədbir ğörüləçəkdir.

Liseydə 2012-ci ildə 59 nəfərr işçi çalışmış onlardan istehsalat təlimi ustalarından 3 nəfəri yaş həddi ilə bağlı , 1 nəfəri isə öz ərizəsi ilə işdən çıxmışdır.

Hazırda Liseydə 55 nəfər rəhbər, mühəndis və pdoqoji işçi çalışır. Onlardan 22 nəfəri müəllim, 9 nəfər istehsalat təlimi ustaları , 11 nəfər i rəhbər və inzibatı heyyət işçiləri, qalanları texniki işçilərdir. Müəllimlərin 21 nəfəri alı təhsilli, 1 nəfəri isə orta ixtisas təhsillidir. Müəllimlərdə 2-si ictimai fənn müəllimi, 4-ü ixtisas və ümumtexniki fənn müəllimi , qalanları isə ümumtəhsil fənn müəllimləridir.

Ümumtəhsil fənn müəllimləri 5 ildən bir ixtisasartırma Təhsillərinim Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında keçirlər.

Son 5 ildə 13 ümumtəhsil fənn müəllimləri ixtisasartırma təhsilinə cəlb olunmuşdur.

İstehsalat təlimi ustalarının və ixtisas fənn müəllimlərinin ixtisaslarının artırılması yerlərdə yerlərdə təşkil edilmədiyindən və onların Bakı şəhərinə göndərilməsi maddi vəsaitin olmadığından mümkün olmamışdır.

Liseydə metodiki işlərin səviyyəsini yüksəltmək üçün Pedoqoji şura , Metodiki şura , metodkomissita və 3 fənn birləşməsi fəaliyyət göstərir.

Liseyin nizamnaməsi, illik iş planı, Pedoqoji şuranın, Metodiki şuranın , metodkomissiya və fənn birləşmələrinin iş planlaı dərs ilinin əvvəlində pedoqoji şurada müzakirə edilib , təsdiq ediərək Liseyin vahid iş planı tərtib edilir.

Liseyi ön hissəsində 1000 m2 sahədə şagird və müəllimlərin öz asudə vaxtlarını səmərəli keçmələri üçün 350 ədəddən çox müxtəlif növ meyvə, çinar, şam ağacları əkilmiş,250 ədəd qızılgül kolu və 300 yaxın müxtəlif növ çiçəklər əkilmişdir.

Şagrdlərin istirahəti üçün xüsusi söhbət yerləri və oturacaqlar hazırlanmışdır. Yaşıllaşdırma işləri Liseyin digər sahələrində də aparılması planlaşdırılır.

Liseyin ərazisində zəbt olunma , icarəyə verilmə yoxdur və tikinti işləri aparılmayıb.

Mövcud problemlər.

  1. Liseyin maddı – texniki bazası nın köhnə olduğundan günün tələblərinə cavab vermir.
  2. İstehsalat təlimi , ixtisas və ümumtexniki fənlər üzrə yeni texnologiyaları özündə əks etdirən dərslik , dərs vəsaitlərinin və proqramlarının olmaması,
  3. Yerlərdə təhsil müəssisələrinin rəhbər və mühəndis pedoqoji işçilərinin ixtisas fənn müəllimlərinin , istehsalat təlimi ustalarının ixtisasının artırılması və yenidən hazırlanması işinin tam təşkil olunmaması
  4. Liseyə şagird qəbulu zamanı qabiliyyətli. Bilikli, bacarıqlı şagirdlərin qəbul edilməməsi,
  5. İstehsalat təlimi ustalarının çatışmazlığı, peşəkarlıq səviyyəsinin aşağı olması, İKT-dan istifadə edə bilməməsi,
  6. Özəl sektor arasında əməkdaşlığınzəif olması
  7. Əmək bazasının tələblərinə və ehtiyacıa uyğun peşələrin hazırlanmaması,
  8. Təlim- tədris prosesində komputerlərdən aşağı səviyyədə istifadə olunması
  9. Gəlir mənbəyinin aşağı olması ixtisaslı müəllim və istehsalat təlimi ustalarının cəlb olunmasındakı çətinlik
  10. Hazırlanan kadrların əmək bazasının tələblərinə uyğun gəlməməsi, peşəkarlıq səviyyəsinin aşağı olunması

Problemlərin həlli yolları

  1. Maddi- texniki bazanın zənginləşdirilməsi üçün Təhsil Nazirliyinin imkanlarından istifadə etməyə çalışmalı
  2. İxtisas fənləri,istehsalat təlimində müasir texnologiyaları özündə əks etdirən latın qrafikli dərsliklərin əldə edilməsinə çalışmalı
  3. Büdcədən kənar gəlirin əldə edilməsi üçün tədris- istehsalat emalatxanalarının imkanlarından səmərəli istifadə edilməli, ödənişli əsaslarla şagird qəbulu aparılmalı,
  4. Biznes sektorunda müntəzəm olaraq işə götürənlərlə əlaqə saxlamalı, və biznesdə baş verən inkişaf barədə məlumatlanıb , pedoqoji kollektivə məlumat vermək
  5. Liseydə müəllim və ustaların İKT –dan istifadə etmək üçün qısa müddətlikursların keçirilməsinə nail olmalı
  6. Şagirdə yönəlmiş təhsilin kçirilməsinə nail olmalı

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin və H.Əliyev fondunun prezidenti , YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili mehriban Əliyevanın təhsilə, uşaqlara vəgənclərə göstərdiyi diqqət və qayğıya cavab olaraq Liseyin kollektivi öz işlərini günün tələbləri səviyyəsində qurub, Liseyi müasir standartlara cavab verə biləcək səviyəsinə qaldıracaqlar.

Qan yaddaşımız

1918-ci il 31 mart
Azərbaycanlıların Soyqırımı
1988-ci il 28-29 fevral
Sumqayıt hadisələri
1992-ci il 25-26 fevral
Xocalı soyqırımı
1992-ci il 8 may
Şuşanın işğalı
1992-ci il 17 may
Laçının işğalı
1993-cü il 3 aprel
Kəlbəcərin işğalı
1993-cü il 23 iyul
Ağdamın işğalı
1993-cü il 25 avqust
Füzuli və Cəbrayıl
rayonlarının işğalı
1993-cü il 31 avqust
Qubadlının işğalı
1993-cü il 27 oktyabr
Zəngilanın işğalı

Keçidlər